Cəbhədə şiddətli gecə döyüşləri

09:05 | 28.04.2016
Cəbhədə şiddətli gecə döyüşləri

Cəbhədə şiddətli gecə döyüşləri

Aprelin 27-si axşam saatlarından başlayaraq 28-i saat 04.00 radələrinədək erməni silahlı bölmələri tərəfindən Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından atəşə tutulub.

Bu barədə Oxu.Az-a Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

"Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib”, - deyə, nazirlikdən qeyd ediblər.

00:33

Ermənistan silahlı bölmələri saat 23.30-dan başlayaraq təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmağa başlayıb.

Oxu.Az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı APA-ya deyib ki, düşmən Tərtər rayonunun Qapanlı, Qəzyan kəndlərini və Tərtər şəhərini 122 mm çaplı D-30 tipli haubitsalardan atəşə tutur.

"Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinə cavab zərbələri endirir” - deyə, Dərgahlı bildirir.    

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM