Dağıstan Respublikasının rəhbəri Azərbaycana səfər edəcək

16:10 | 05.05.2016
Dağıstan Respublikasının rəhbəri Azərbaycana səfər edəcək

Dağıstan Respublikasının rəhbəri Azərbaycana səfər edəcək

Ramazan Abdulatipov Bakıda Dağıstan Mədəniyyət Günlərinin açılışına qatılacaq

Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipov gələn həftə Azərbaycana səfər etməyi planlaşdırır.

"Report" məlumatlı mənbələrə istinadən xəbər verir ki, Dağıstanın dövlət başçısı səfəri zamanı Azərbaycanın rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək. Bu görüşlərdə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi məsələləri müzakirə ediləcək.

Məlumata görə, R.Abdulatipov mayın 12-də Bakıda Dağıstan Mədəniyyət Günlərinin açılış mərasimində iştirak edəcək, eləcə də Azərbaycanda yaşayan həmvətənləri ilə görüş keçirəcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM