Neft ucuzlaşdı

10:13 | 27.06.2016
Neft ucuzlaşdı

Neft ucuzlaşdı

Dünya bazarında neftin ucuzlaşması davam edir.
 
"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,23 dollar azalaraq 47,41 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,08 dollar azalaraq 48,33 dollar olub.
 
Qeyd edək ki, neftin ucuzlaşmasına təsir edən əsas amil Böyük Britaniyanın Avropa İttifaqından çıxmasıdır ("Brexit").


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM