Daha 3 kəndə təbii qaz verildi

18:41 | 15.07.2016
Daha 3 kəndə təbii qaz verildi

Daha 3 kəndə təbii qaz verildi

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyi tərəfindən Ağdaş rayonunun Pirkəkə, Oğuz rayonun Xaçmaz və Sincan kəndlərinə təbii qaz verilib.

ANN.Az SOCAR-a istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətlərinin və "Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, Ağdaş rayonunun 225 abonenti olan Pirkəkə kəndinin birpilləli sistem əsasında yenidən qazlaşdırılması üçün ümumi uzunluğu 17736 metr olan müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent sayğac və fərdi tənzimləyici ilə təchiz edilib.

Oğuz rayonun 1359 abonenti olan Xaçmaz kəndinin ilk dəfə qazlaşdırılması üçün birpilləli sistem əsasında 135 kilometr uzunluğunda polietilen və metal borularla qaz xətləri çəkilib, 1359 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Rayonun 391 abonenti olan Sincan kəndinə ilk dəfə təbii qaz verilməsi məqsədilə 42 kilometrə yaxın qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM