Neft ucuzlaşır

09:01 | 19.07.2016
Neft ucuzlaşır

Neft ucuzlaşır

Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşır.

Oxu.Az "Bloomberg”ə istinadən xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,49% ucuzlaşaraq bir barelə görə 46,73 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,57% azalaraq 44,98 dollar təşkil edib.

Qeyd edək ki, dünən Brent və WTI neftinin qiyməti müvafiq olaraq 47,81 və 45,99 dollara bərabər olmuşdu. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM