Neft bahalaşır

09:12 | 20.07.2016
Neft bahalaşır

Neft bahalaşır

Dünya birjalarında neftin qiyməti bahalaşmaqdadır.

Oxu.Az xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,36% bahalaşaraq bir barelə görə 46,83 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,29% artaraq 44,78 dollar təşkil edib.

Qeyd edək ki, neftin qiymətləri ABŞ-da neft ehtiyatlarının azaldığını və qlobal tələbin çoxaldığını göstərən statistik rəqəmlərdən sonra bahalaşmağa başlayıb.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM