Neftçilər prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

11:35 | 04.08.2016
Neftçilər prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Neftçilər prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılır


Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgi və yol göstərici xətlərinin, həmçinin piyada keçidlərinin (zolaqların) yenidən rənglənməsi işləri davam etdirilir.

"Azəravtoyol" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, axşam saat 22:00-dan etibarən səhər saatlarına qədər, Neftçilər prospektinin, Azneft dairəsindən Bakı Dəniz Vağzalının qarşısına qədər olan hissəsində  yol cizgi və yol göstərici xətlərinin rənglənməsi işləri aparılacaq.

Bununla əlaqədar olaraq sözügedən prospektdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
 
Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçmələrin tövsiyə olunur.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb