“Whatsapp”da YENİLİK

22:21 | 22.09.2016
“Whatsapp”da YENİLİK

“Whatsapp”da YENİLİK

"iOS 10" əməliyyat sistemində yer alan emojilər bu dəfə WhatsApp Android sisteminə gəlir.

Milli.Az Technote-yə istinadən xəbər verir ki, "Apple"ın "iOS 10" versiyasına daxil etdiyi bir çox emoji artıq "WhatsApp"ın beta versiyasında "Android" sistemində də yer alacaq.

Bunların sırasına 3D görüntülü çox sayda ailə və müxtəlif idman emojiləri daxildir. Bundan başqa, real silah emojisinin yerini su tapançası emojisi aldı.

"WhatsApp Android" tətbiqinə daxil edilən yeni emojilərdən hələlik beta proqramını istifadə edən istifadəçilər faydalana biləcək. Yeni emojilərin qısa müddət içərisində bütün "Android" platformasında istifadəyə təqdim edilməsi gözlənilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM