Dolların bu günə olan məzənnəsi

09:29 | 25.10.2016
Dolların bu günə olan məzənnəsi

Dolların bu günə olan məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın oktyabrın 25-ə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Oxu.Az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 24-ü ilə müqayisədə 0,37% bahalaşaraq 1,6211 manat təşkil edib.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,7549 manatdan 1,7638 manata qalxıb.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 24-ü ilə müqayisədə 0,0258 manatdan 0,0261 manatadək bahalaşıb.

Türkiyə lirəsinin məzənnəsi isə 0,5245 manatdan 0,5260 manata qalxıb.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9705 manatdan 1,9808 manadək bahalaşıb.

Gürcüstan larisinin məzənnəsi 0,6829 manatdan 0,6826 manata düşüb.
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM