2017-ci ildə həbs edilən, dünyasını dəyişən, intihar edən MƏŞHURLARIMIZ

00:12 | 03.01.2018
2017-ci ildə həbs edilən, dünyasını dəyişən, intihar edən MƏŞHURLARIMIZ

2017-ci ildə həbs edilən, dünyasını dəyişən, intihar edən MƏŞHURLARIMIZ

2017-ci il yaxşı, pis xatirələri ilə yaddaşlarda iz qoydu. Artıq geridə qoyduğumuz 2017-ci il şou-biznesdə də acı xatirələri, ölüm hadisələri ilə yadda qaldı.

BiG.AZ olaraq 2017-ci ildə baş verən hadisələri təqdim edirik:

Psixoloq Dəyanət Rzayev intihar etdi
 


2017-ci ildə 1971-ci il təvəllüdlü Dəyanət Rzayevin intihar xəbəri hər kəsi sarsıtmışdı.

Rəsmi məlumatda bildirilir ki, psixoloqun cəsədi yanvarın 25-də axşam saatlarında Bakının Yasamal rayonunda, Murtuza Muxtarov-185 ünvanında yerləşən evində aşkarlanıb. Lakin vida mərasimində iştirak edənlər 3 gün idi onunla əlaqə saxlaya bilmədiyindən danışırdı. Həmkarları arasında hətta Dəyanətin bu hərəkətini psixoloqun şıltaqlığı kimi qiymətləndirənlər də vardı.

İntiharının səbəbi yalnız özünə bəlli olan Dəyanət Rzayev Biləcəri qəbiristanlığında torpağa tapşırıldı.

Sənətçi repçi Səid Əliyevlə (Dado) nikah masasına əyləşdi. Onların bu izduvacı cəmi 6 ay çəkdi.



Yerli estoranlarından birində baş tutan məclisə şou-biznes nümayəndələri də iştirak edib.

Lakin bu evlilik 6 ay davam etdi.

Azərbaycanlı aktrisa Mila Əminə vəfat etdi 



Meningit xəstəliyindən əziyyət çəkən gənc aktrisa Mila Əminənin vaxtsız ölümü hər kəsi sarstdı. Süni nəfəs aparatından ayrılan aktrisa həyatla vidalaşdı.

Bayram Kürdəxanılı vəfat etdi



2017-ci ildə avtomobil qəzası nəticəsində dünyasını dəyişən məşhur meyxanaçı Bayram Kürdəxanılı aramızdan ayrıldı.

Toy məclisindən qayıdarkən qəzaya düşən meyxanaçı ağır xəsarətlərlə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, onun xilas etmək mümkün olmayıb. 

Arıqlayıb olduqca tanınmaz gala dşən müğənni Nazimin 2017-ci ildə ölüm xəbəri yayıldı.




Xəstəliyi ilə əlaqədar çox arıqlayan ifaçı xərçəng xəstəliyindən əziyyət çəkməsi ilə bağlı gəzən xəbərləri təkzib edib. Günü-gündən arıqlayaraq bir dəri, bir sümük olan müğənni bildirib ki, onu bu hala azərbaycanlı həkimlər salıb:

"Həkimlərin səhv əməliyyatlarına görə bu qədər çəki itirdim. Azərbaycanda məni bu hala saldıqlarına görə öz həkimlərimizə etibar etmədim, İzrailə üz tutdum. Lakin orada da dərdimə bir çarə tapılmadı. Son olaraq Türkiyəyə yollandım. 3 ay ərzində bir neçə əməliyyat keçirdim. Ən ağırı isə öd kisəsindən keçirtdiyim əməliyyat oldu. İndi vəziyyətim normaldır. İtirdiyim çəkini yavaş-yavaş geri alıram".

Aygün Kazımovanın möhtəşəm konserti



2017-ci ilə damğa vuran tədbirlərdən biri də xalq artisti Aygün Kazımovanın səhnə fəaliyyətinin 30 illiyinə həsr olunmuş konserti oldu.

"Crystal Hall”da baş tutan konsert möhtəşəmliyi ilə seçilib. Xalq artisti Aygün Kazımova səhnə performansı ilə hər kəsi yaxşı mənada təəcübləndirib. O, konsetdən öncə açıqlamasında "Bu gecə Azərbaycan şou-biznesində yeni tarix yazacaq” deyib. Aygün vədinə əməl edib və növbəti yeniliyə imza atıb.

İzzət Bağırova görə mərasim iştirakçıları arasında dava



Bu il ölkə gündəmini zəbt edən hadisələrdən bir də Bakıdakı şadlıq evlərindən birində tanınmış müğənni İzzət Bağırova görə mərasim iştirakçıları arasında yaranmış mübahisənin kütləvi dava ilə nəticələnməsi oldu.

Hadisə Nizami rayonu, Mikayıl Əliyev küçəsi 9 ünvanında yerləşən "Neolit" şadlıq evində baş verib.

Belə ki, paytaxt sakini Novruz Aslanlı övladının ali məktəbə daxil olması münasibətilə şadlıq sarayının kiçik zalında şənlik mərasimi təşkil edib. Mərasim zamanı qonaqlardan biri ilə müğənni İ. Bağırov arasında mübahisə yaranıb. Mübahisəyə səbəb qonağın operatordan müğənnini deyil, onları lentə almağı xahiş etməsi olub. Bu zaman müğənni buna etiraz əlaməti mərasimi yarımçıq tərk edib. Bu isə mərasimin təşkilatçısının narazılığına səbəb olub.

N. Aslanlı və qohumları ilə İ. Bağırovun cangüdəni, habelə restoranın əməkdaşları arasında yaranmış mübahisə sonda əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı N. Aslanlının başına küt alətlə zərbə endirilib. Hadisə zamanı habelə onun oğlu, 16 yaşlı Vüsal Aslanlı da xəsarət alıb.

Xalq artistləri Məleykə Əsədova Ramiz Məliklə məhkəmə çəkişməsi



"Azərbaycan cəmiyyəti bilir ki, Ramiz Məliki geyim üçün etdiyi iradla bağlı yox, məni, ailəmi, anamı əxlaqsız sözlərlə təhqir etdiyinə görə məhkəməyə vermişəm. Məhkəmə predmeti məhz budur".

Bu sözləri xalq artisti Məleykə Əsədova deyib. O qeyd edib ki, Ramiz Məlik cəmiyyətə yanlış informasiya ötürməklə məşğuldur: "Ramiz Məlikin saytlara verdiyi açıqlamaları oxuyanda dəhşətə gəldim. Deyir ki, Məleykə Əsədova Xalq artistidir, bu olanlar ona yaraşmaz, mən onu təhqir etməmişəm, öyüd-nəsihət vermişəm. Sual verirəm: Ramiz, sənin dünyanda ailəni əxlaqsız sözlərlə ictimaiyyət qarşısında söymək təhqir deyil? Deyirsən, əlli illik təcrübən, 74 yaşın, ağ saçların var. Sən nəyə görə 74 yaşından, ağ saçlarından, işlədiyin kollektivdən, bizi alqışlayan tamaşaçılardan utanmadan, hörmət etmədən, səninlə illərdir səhnəni bölüşən, bir neçə tamaşada tərəf müqabili olan iş yoldaşını və onun ailəsini ictimaiyyət qarşısında təhqir etdin? Bu, sənin dediyin kimi, 50 illik iş təcrübənə, 74 yaşına, ağ saçlarına yaraşar? Sən yenə də səhv informasiya yaymaqla, şantaj etmək, böhtan atmaqla özünü cəmiyyət qarşısında təmizə çıxarmaq, haqsız ola-ola haqlı kimi təqdim etməyə çalışmaq, özünü günahsız tərəf kimi göstərməyə cəhd etmək, əməllərinə görə səni gözləyən məsuliyyətdən yaxa qurtarmağa çalışırsan. Amma bu, boş cəhddir. Çünki mən ölkəmizin ədalət məhkəməsinə güvənirəm".

M. Əsədova əlavə edib ki, illərdir, teatrda bu kimi qalmaqallar ancaq Ramiz Məlikin adı ilə bağlıdır: "Keçən il olan qalmaqal unudulmamış, yenə heç kimlə işi olmayan, öz balaca dünyasında hər kəsə xoşbəxtlik arzulayan, Allahına bağlı olan bir qadınla qalmaqal yaratdın. Bununla iç dünyanın "tərbiyə zənginliyi"ni göstərdin. Hamı bilir ki, valideynlərimə nə qədər böyük hörmət, sevgi ilə yanaşmışam. Onlar dünyasını dəyişsə də, ruhları hər zaman mənimlədir. Mən səni bağışlasam, atamın-anamın ruhu məni bağışlamaz. Üzümü Ramiz Məliki məhkəməyə verdiyimə görə məni qınayan bəzi insanlara tuturam: siz dünyasını dəyişmiş valideynlərinizə böhtan atıb, əxlaqsız sözlərlə onları təhqir edəni bağışlayarsınız? Ramiz Məlik gedib atamla anamın məzarı qarşısında onların ruhlarından üzr istəməli, dediyi əxlaqsız sözləri öz ünvanına götürməlidir. Belə olmasa, təzminatı ödəməlidir".apa

Rəşad Dağlı ilə Nicat Mənalı aralarındakı deyişmədən sonra əlbəyaxa olublar



2017-ci ildə ən çox danışılan hadisələrdən biri də meyxanaçılarımızın davası oldu. Masallının Boradigah kəndində keçirilən toy mərasimində meyxanaçılar arasında mübahisə yaşanıb.

Kənd sakini Hacı Etibarın oğlu Turalın toyuna gələn meyxanaçı Rəşad Dağlı ilə Nicat Mənalı aralarındakı deyişmədən sonra əlbəyaxa olublar. 

Davaya səbəb isə Nicatın Rəşad Dağlının açdığı qafiyəni saxlatdırması olub. Buna qəzəblənən Rəşad həmkarına hücum çəkib. Nəticədə toy da yarımçıq dayandırılıb. 

Daha sonra Rəşad Dağlı və Bakıdan onunla birlikdə gələn Vüqar Biləcəri toyu tərk edib.

Müğənni Fədayə Laçın qaçan avtoritetlərə kömək etdiyi üçün həbs edildi



2017-ci ildə ölkə gündəmi müğənni Fədayə Laşının həbs edilməsi xəbəri ilə çalxalandı. Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir.

F. Laçın həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməkdə barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Loti Quli azadlıqda



2017-ci ildə uzun müddətdir həbsdə yatan kriminal avtoritet Nadir Səlifov (Lotu Quli) azadlığa buraxılıb.

N.Səlifova yaxın olan mənbə xəbər verib.Penitensiar Xidmət kriminal avtoritet Lotu Qulinin azadlığa çıxması ilə bağlı açıqlama verib.musavat.com

Xalq artisti Rafiq Hüseynov Almaniyada dünyasını dəyişib



2017-ci ildə xalq artisti Rafiq Hüseynov vəfat etməsi yaddaşlarda acı iz qoydu. Diktor müalicə aldığı Düsseldorf şəhərindəki klinikada vəfat edib. Mərhumun həyat yoldaşı bu haqda məlumat verərək R.Hüseynovun son sözlərini dilə gərdi: "Həkimlər əllərini gələni etdilər, amma həyata qayıtması mümkün olmadı. Oktyabrın 26-da dünyasını dəyişdi. Mən dövlət qurumlarından xahiş etdim ki, heç kimə deməsinlər. Çünki qızım bu xəbəri mətbuatdan oxusaydı, ona çətin olacaqdı. İlk sizə deyirəm, indi yaya bilərsiniz. Artıq qızımı psixoloji cəhətdən hazırlamışam. Heç nə danışa bilmədim Rafiqlə. Səsimi eşidirdi, gözünü açırdı, amma danışa bilmirdi. Komaya düşən kimi ürəyi dayandı. Həkimlər dedilər ki, ağ ciyərin funksiyasını bərpa etmək mümkün olmadı”.

Qeyd edək ki, R. Hüseynov 1946-cı ildə Şuşada anadan olub. Ağciyər xərçəngindən əziyyət çəkən diktor daha əvvəl Türkiyədə əməliyyat olunub, kimyaterapiya müalicəsi alıb.

MAİRA NAMAZOVA
A




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM