Trampdan Ermənistana zərbə

14:32 | 23.05.2017
Trampdan Ermənistana zərbə

Trampdan Ermənistana zərbə

İrəvanda ABŞ prezidenti Donald Trampın 2018-ci ildə Ermənistana ayrılan maliyyə yardımını 77 faiz azaltması ilə bağlı müzakirələr hələ də davam edir.

Anews.az Publika.az-a istinadən xəbər verir ki, beynəlxalq münasibətlər və təhlükəsizlik institutunun keçirdiyi müzakirələrdə ekspertlər ABŞ-ın maliyyə yardımı azaltmasının əsas günahkarının hakimiyyət olduğunu deyib.

"Vivendi Modus” mərkəzinin sədri, politoloq Ara Papyan isə məsələ ilə bağlı maraqlı şərh verib.

"Amerika indiyə qədər ümid edirdi ki, pul verərək, Ermənistanı demokratiya yoluna gətirə biləcək. Lakin artıq anlayır ki, bu, mümkün deyil. Buna görə də bizə deyir: "Pulu mən verirəm, lakin siz Rusiyanın maraqlarına xidmət edirsiniz. İndi gedin, pulunuzu ruslar versin”. Bundan başqa daha bir nümunə gətirim. Hakimiyyət ABŞ-a minnətdarlıq əlaməti olaraq, Ermənistanda Vudro Vilsona heykəl qoyulması ilə bağlı qərar qəbul etdi. Lakin indiyə qədər müxtəlif bəhanələrlə bu heykəlin qoyulmasına qarşı çıxırlar. Həqiqətdə isə deyir ki, "Vilsonun heykəlini qoysaq, ruslar bizdən inciyəcək”, - deyə Papyan vurğulayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb