Sabah hava necə olacaq?

16:18 | 09.09.2017
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Sentyabrın 10-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər NAzirliyindən APA-ya verilən xəbərə görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə  18-21° isti, gündüz  28-31° isti, Bakıda gecə  18-20°, gündüz 28-30° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  761  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 70-75 %, gündüz  40-45 % olacaq.  

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin axşam bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə  15-20°, gündüz  30-35° isti, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacağı gözlənilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM