Zakir Qaralovdan yeni təyinat

15:35 | 30.07.2018
Zakir Qaralovdan yeni təyinat

Zakir Qaralovdan yeni təyinat

İsmayıllıya yeni prokuror təyin edilib.

Anews.az apa-ya istinadən məlumatına görə, bu barədə baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Tural Yusifova İsmayıllı rayon prokuroru vəzifəsinin icrası həvalə olunub.

T. Yusifov buna qədər baş prokurorun böyük köməkçisi vəzifəsində çalışıb.

Qeyd edək ki, İsmayıllı rayon prokuroru Ülvi Abbasov bir neçə gün əvvəl tutduğu vəzifədən azad edilib. Ü. Abbasov və onun böyük köməkçisi Faiq Quliyev korrupiya ittihamı ilə həbs ediliblər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM