Azərbaycanda noyabrın 30-na gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Anews.az-a verilən məlumata görə, sabah Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.
Noyabrın 30-da Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7, gündüz 8-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !