Anar Məmmədli qaçaqmalçılıqda şübhəli bilinir

11:56 | 30.04.2024
Anar Məmmədli qaçaqmalçılıqda şübhəli bilinir

Anar Məmmədli qaçaqmalçılıqda şübhəli bilinir

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) Mərkəzinin rəhbəri Anar Məmmədliyə qarşı Azərbaycan CM-in 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə şübhəli bilinir. Bu barədə onun bacısı anews.az-a açıqlamasında bildirib.

"Hazırda Xətai Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Təcridxanasındayıq. Vəkil də yanımızdadır. Bu gün müstəntiq vəkil ilə danışıb, bizə bildirildi ki, ona Azərbaycan CM-in 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılacaq. Məhkəmənin bu gün olması ehtimal edilir. Vəkilin qəbulundan sonra daha dəqiq məlumat əldə edə biləcəyik. Polis evdə axtarışı tamamladıqdan sonra evində pul dəstələrini bağlamaq üçün istifadə olunan xüsusi lent qoyub. Polisin mənzilə pul atdığını və Anarın pul qaçaqmalçılığında ittiham olunacağını hesab edirəm. İstintaqı Bakı Şəhər Baş Polis İdarəsi aparır",- bacısı əlavə edib.
 
Anar Məmmədli bundan öncə 2013-cü il dekabrın 17-də həbs olunub. O, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək seçki və referendumun nəticələrini saxtalaşdırmaqda günahlandırılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi Anar Məmmədlini 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Məmmədli itiihamı qəbul etməyib və Amnesty İnternational təşkilatı tərəfindən vicdan məhbusu elan edilib. O, 2016-cı il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxıb.

Aytac 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM