Son sutkada Azərbaycanda koronavirusa yoluxanların STATİSTİKASI

17:37 | 06.01.2022
Son sutkada Azərbaycanda koronavirusa yoluxanların STATİSTİKASI

Son sutkada Azərbaycanda koronavirusa yoluxanların STATİSTİKASI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 584 yeni yoluxma faktı qeydə alınıb, 851 nəfər müalicə olunaraq sağalıb, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.
 
İndiyədək ölkədə ümumilikdə 619 502 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 603 906 nəfər müalicə olunaraq sağalıb, 8 422 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 174 nəfərdir.

Son 24 saatda yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 044, bu günə qədər isə ümumilikdə 5 911 227 test icra olunub, koronavirus əleyhinə 33 482 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 594, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 457, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 431 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 407 447, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 175 536, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 684 670, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 547 241 təşkil edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM