Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

21:36 | 26.02.2022
Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1512 yeni yoluxma faktı qeydə alınıb, 3698 nəfər müalicə olunaraq sağalıb, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 784 260 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 761 590 nəfər müalicə olunaraq sağalıb, 9378 nəfər vəfat edib, aktiv xəstə sayı 13 292 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 543 255, ötən müddət ərzində isə ümumilikdə 12 122 test aparılıb, koronavirus (COVID-19) əleyhinə 30 509 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 026, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 667, üç və daha çox doza vaksin vurduranların sayı 25 274, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 542 nəfərdir. Vurulan vaksinlərin ümumi sayı 12 957 147, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 297 076, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 783 478, üç və daha çox doza vaksin vurduranların sayı 2 673 818, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 202 775 təşkil edir.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb