Son sutkada Azərbaycanda koronavirusa yoluxanların STATİSTİKASI

16:37 | 29.03.2022
Son sutkada Azərbaycanda koronavirusa yoluxanların STATİSTİKASI

Son sutkada Azərbaycanda koronavirusa yoluxanların STATİSTİKASI

Azərbaycanda koronavirusa 48 nəfər yoluxub, 31 nəfər müalicə olunaraq sağalıb. Bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, koronavirus analizi nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 814 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 819 nəfər müalicə olunaraq sağalıb, 9 687 nəfər vəfat edib. Aktiv xəstə sayı 308 nəfərdir.

Son gün ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 481, bu günə qədər isə ümumilikdə 6 692 062 test icra olunub.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb