İnflyasiya ilə bağlı çox ciddi tədbirlər həyata keçirilməlidir- Vahid Əhmədov

13:02 | 06.06.2023
İnflyasiya ilə bağlı çox ciddi tədbirlər həyata keçirilməlidir- Vahid Əhmədov

İnflyasiya ilə bağlı çox ciddi tədbirlər həyata keçirilməlidir- Vahid Əhmədov

2023 -cü ildə inflyasiya ilə bağlı çox ciddi tədbirlər həyata keçirilməlidir. Bunu iyunun 6-da Milli Məclisin iclasında deputat Vahid Əhmədov deyib.

"Ərzaq qiymətlərinin qiyməti 20%, dərmanların qiyməti isə 40% bahalaşıb. Qeyri rəsmi rəqəmlərə görə isə bu biraz da çoxdur. 2023-cü ildə bu istiqamətdə ciddi tədbirlər görülməlidir. Hesab edirəm ki, hökumət "Rəqabət Məcəlləsi” ilə bağlı qanun Milli Məclisə daxil olmalıdır. 


Deputat inflyasiyanın yüksək olmasına görə maaş və təqaüdlərin artırlılmasının vacibliyini vurğulayıb və bildirib ki, hazırkı qiymətlərlə inflyasiya qarşısında durmaq olmur.
 
2023-cü ilin sonuna kimi illik  inflyasiya 8,3% proqnozlaşdırılır. Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışı zamanı deyib. 

Kazımov valyuta ehtiyatların 12% artaraq 66 milyarda çatdığını açıqlayıb. 
 
Mərkəzi bankın ehtiyatları isə 2,2% artaraq 9,2 milyarda çatıb. 

Kredit portfeli 4% artaraq 20 milyard olub və kredit portfelinin kefiyyəti 3,7%-ə düşüb.

 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb