Ukraynada ölən uşaqların sayı açıqlanıb

12:14 | 26.05.2023
Ukraynada ölən uşaqların sayı açıqlanıb

Ukraynada ölən uşaqların sayı açıqlanıb

Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukraynada 483 uşaq həlak olub. Bu barədə Ukrayna Baş Prokurorluğu telegram kanalı məlumat yayıb.

Bildirilir ki, müharibə başlayandan bu günə qədər Ukraynada Rusiya Federasiyasının genişmiqyaslı silahlı hücumu nəticəsində 1467-dən çox uşaq xəsarət alıb. 
 
Müharibə nəicəsində 483 uşaq ölüb, 984-dən çox uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 
2023-cü ilin mayın 26-dək Rusiyanın şəxsi heyət arasında ümumi döyüş itkiləri təqribən 205 min 720 nəfər təşkil edib. 
 
Ukraynadakı müharibə səbəbindən 5 milyondan çox uşaq təhsilini yarımçıq qoymaq məcburiyyətində qalıb. Valideynlər mümkün təhlükəni nəzərə alaraq, övladlarını məktəbə göndərməkdən çəkinir. 
 
Ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM