Türkiyədə güclü zəlzələ olub - Yenilənib

19:58 | 18.04.2024
Türkiyədə güclü zəlzələ olub - Yenilənib

Türkiyədə güclü zəlzələ olub - Yenilənib

Türkiyənin Tokat vilayətində baş verən 5,6 bal gücündə zəlzələ nəticəsində bir sıra binalara ciddi ziyan dəyib.Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Tokatda bir ev və iki məscidin minarələri dağılıb,Yozgat şəhərində 3 evə ciddi zərər dəyib.

Tokatda təbii fəlakət zamanı bir nəfər xəsarət alıb.

Hadisə yerində xilasedicilər və təcili tibbi yardım briqadaları işləyir.

 19:40

Türkiyənin Tokat şəhərinin Sulusaray rayonunda 5,6 bal gücündə zəlzələ baş verib.Bu barədə "TRT haber” məlumat yayıb.

Zəlzələnin 5,99 kilometr dərinlikdə baş verdiyi bildirilib.

Zəlzələ bir çox əyalətlərdə hiss olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb