Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

20:01 | 14.09.2024
Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Sentyabrın 16-sı axşam qərb rayonlarından başlayaraq 17-si gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-6° aşağı enəcək.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM