Bu yolda hərəkət məhdudlaşdırılacaq

15:51 | 18.09.2024
Bu yolda hərəkət məhdudlaşdırılacaq

Bu yolda hərəkət məhdudlaşdırılacaq

19 sentyabr saat 06:00-dan etibarən Bakı şəhəri, Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.  Bu barədə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. 

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - məlumatda deyilir. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM