Whatsapp-da yeni funksiya

20:41 | 24.09.2024
Whatsapp-da yeni funksiya

Whatsapp-da yeni funksiya

Vatsapda vaxtınıza qənaət etməyə kömək edəcək yeni funksiya olacaq.Bu barədə "WABetaInfo” portalı məlumat yayıb.

Android cihazlarına gələcək yeniləmədə "hamısını oxu” düyməsinin görünəcəyi bildirilir. Funksiya ekranın yuxarı sağ küncündə üç nöqtə ilə göstərilən menyuda mövcud olacaq.

Funksiyanın çox sayda qrup çatlarında iştirak edənlər üçün faydalı olacağı gözlənilir.

"Bu xüsusiyyət olmadan söhbətləri əl ilə oxumaq çox vaxt apara bilər”, - məlumatda qeyd edilib.

Elan edilmiş funksiya Android cihazları üçün vatsapın qarşıdan gələn beta versiyasında əlçatan olacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM