2075-ci ildə bəşəriyyət məhv ola bilər

12:13 | 24.09.2016
2075-ci ildə bəşəriyyət məhv ola bilər

2075-ci ildə bəşəriyyət məhv ola bilər

Alimlər hesab edirlər ki, yaxın 50 il ərzində süni intellekt bütün bəşəriyyəti məhv edə bilər.

ANN.Az lent.az-a istinadən xəbər verir ki, Oksford Universitetinin mütəxəssisləri bir sıra eksperimental tədqiqatlar apardıqdan sonra belə sensasion və qorxunc bəyanatla çıxış ediblər.

Texniki inqilabın risk dərəcəsini qiymətləndirən alimlər təxminən 50 ildən sonra süni intellektin, əvvəllər filmlərdə dəfələrlə göstərildiyi kimi, bəşər övladını tam məhv edə biləcəyini vurğulayıblar. Onların fikrincə, 6 ildən sonra robotlar 10% insan kimi, 2040-cı ildə 50% insan kimi, 2075-ci ildə isə tamamilə insan kimi düşünəcəklər.  
 
Alimlər artıq müstəqil şəkildə inkişaf edən süni intellektin təşəkkülünün qarşısını almaq iqtidarında olmadıqlarını təəssüf hissi ilə qeyd edirlər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM