220 kq-a yaxın ərzaq satışdan çıxarıldı

10:01 | 06.12.2013
220 kq-a yaxın ərzaq satışdan çıxarıldı

220 kq-a yaxın ərzaq satışdan çıxarıldı

Respublika üzrə aparılan monitorinqlər zamanı satışda yararsız ərzaq məhsulları aşkarlanıb.İqtisadiyyat və Sənaye Nazirliyindən ANN.Az-a verilən məlumata görə, ümumilikdə, monitorinqlər zamanı 220 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub.Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən bu yararsız mallar satışdan çıxarılaraq məhv edilib.Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM