26 mindən çox "Volkswagen" geri çağırılıb

12:19 | 02.01.2018
26 mindən çox

26 mindən çox "Volkswagen" geri çağırılıb

"Volkswagen Group Rus" şirkəti Rusiyada 26 mindən çox "Volkswagen" markalı avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, qərar buksir elementinin qüsurlu qaynaq olunması ilə əlaqədardır.

Məlumatda qeyd olunur ki, geri çağırılma 2017-ci ildə Rusiyada satılmış "Volkswagen Polo Sedan” və "Skoda Rapid” modellərinə şamil olunur.

Bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM