27 saniyədə beş milyon dollar oğurladılar

19:47 | 25.05.2018
27 saniyədə beş milyon dollar oğurladılar

27 saniyədə beş milyon dollar oğurladılar

Sosial şəbəkələrdə Honkonqda baş vermiş soyğunun görüntüləri yayılıb.

Anews.az-ın xəbərinə görə, oğurluq hadisəsi mayın 23-də baş verib.

Axşam saat 19:00 radələrində iki maskalı şəxs ticarət mərkəzinin üçüncü mərtəbəsində yerləşən zərgərlik dükanına girib.

Onlardan biri vitrini açmağa cəhd edib, digəri isə bıçaqla mağazanın əməkdaşları və alıcıları hədələyib.

14 saniyədən sonra soyğunçulardan biri vitrinin şüşəsini açıb və çantanı bəzək əşyaları ilə doldurmağa başlayıb. O, brilyant, iki boyunbağı, bir cüt üzük və qolbağ götürüb. Ümumilikdə mağazaya beş milyon dollar ziyan dəyib. Mağazanı yarandan sonra cinayətkarlar hadisə yerindən qaçmağa müvəffəq olublar.

Oğurluq hadisəsi 27 saniyə çəkib. Polis soyğunçuları hələ də tuta bilməyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb