45 milyon insan işsiz qalıb

10:36 | 29.06.2020
45 milyon insan işsiz qalıb

45 milyon insan işsiz qalıb

ABŞ-da koronavirus pandemiyasının iqtisadiyyata təsirləri nəticəsində 45 milyondan çox insan işini itirib.

Anews.az "Qafqazinfo”-a istinadən xəbər verir ki, ötən həftə ərzində daha 1,5 milyon insan işsizlik müavinətinə görə müraciət edib. Bununla da müraciət edənlərin sayı 45 milyonu ötüb.


Hazırda ABŞ-da işsizlik göstəricisi 13,3 % təşkil edir. FED bu göstəricinin il sonuna qədər 9,3 faizə enəcəyini proqnozlaşdırır.

Digər tərəfdən "Forbes” jurnalının məlumatına görə, 18 mart-17 aprel tarixləri arasında 614 ABŞ milyarderi ümumilikdə 584 milyard dollar əldə edib.





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM