5 yaşlı azərbaycanlı Beynəlxalq turnirdə 1-ci oldu - FOTOLAR

21:36 | 28.03.2016
5 yaşlı azərbaycanlı Beynəlxalq turnirdə 1-ci oldu - FOTOLAR

5 yaşlı azərbaycanlı Beynəlxalq turnirdə 1-ci oldu - FOTOLAR

Macarıstanın paytaxtı Budapeştdə baş tutan Bədii gimnastika üzrə 3-cü Beynəlxalq "Bahar kuboku – 2016” turniri martın 27-də yekunlaşıb.
 
Mötəbər tədbirdə Macarıstan Respublikasını təmsil edən 5 yaşlı azərbaycanlı gimnast Mina Abbasova bütün rəqiblərini geridə qoyaraq birinci pilləyə qalxıb. "Bahar kuboku – 2016” turniri 2001-2011-ci illərdə doğulanlar arasında keçirilib. Turnirdə ev sahibləri Macarıstanla yanaşı, 17 ölkənin təmsilçiləri – o cümlədən, İtaliya, Rusiya, Çexiya, Kipr, Almaniya, Qazaxıstan, Ukrayna, İsrail, Qırğızıstan, Slovakiya, Estoniya, Bosniya-Hersoqovina, Polşa, Lüksenburq, Moldova, Bolqarıstan, İsveçrə və başqa ölkələrin təmsilçiləri iştirak edib. Güclü rəqibləri ilə mübarizədə birinci olmağı bacaran 5 yaşlı həmyerlimiz Mina Abbasova cəmi 6 aydır ki, peşəkar gimnastika ilə məşğul olsa da, yaşıdları arasında fərqlənərək, Beynəlxalq turnirə vəsiqə qazana bilib.
 
 
Qeyd edək ki, beynəlxalq yarışmada ölkəmizi laiyiqincə təmsil edərək qalib olan Mina Abbasova Əməkdar incəsənət xadimi, tanınmış rejissor Əliqismət Lalayevin nəvəsidir. Mina Abbasovanın anası gənc və istedadlı yazıçı-jurnalist Əzizə Lalayeva ailə vəziyyəti ilə əlaqədar müvəqqəti olaraq Macarıstanda yaşayır.
 




www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb