75 yaşlı arvadını qısqandığı üçün baltaladı- VİDEO

16:03 | 02.07.2014
75 yaşlı arvadını qısqandığı üçün baltaladı- VİDEO

75 yaşlı arvadını qısqandığı üçün baltaladı- VİDEO

Bu gün saat 10:00-da Türkiyədə dəhşətli cinayət hadisəsi baş verib. 

AzNews.az Doğan Haber Agentliyinə istinadən verdiyi məlumata görə, 81 yaşlı kişi 75 yaşlı arvadını dəhşətli şəkildə öldürüb. Maraqlısı budur ki, kişi arvadını qısqandığı üçün öldürüb.

Belə ki, Ərzuruma yenicə köçən ailə burada 3 mərtəbəli bir villada yaşamağa başlayıb. Qonşuları deyir ki, 81 yaşlı Əli ilə 75 yaşlı Ədilə arasında dəfələrlə mübahisə və dava-dalaş olub. Səbəb isə kişinin ahıl yaşda arvadını qısqanması olub. Yaşlı kişi 5 uşaq anası olan arvadını hər kəsə qısqanırmış.

Səhər saatlarında isə baş verənlər hər kəsi şoka salıb. Qonşular səhər evdən qışqırtı və dəhşətli inilti səsləri eşidib. Onlar polisə məlumat veriblər. Məlumata əsasən evə gələn polislər dəhşətli mənzərə ilə qarşılaşıb.

Kişi yaşlı arvadını ondan xəbərsiz həyətdə gəzdiyi üçün amansızcasına öldürüb. Kişi qadının başına balta ilə zərbə vurub. Daha sonra qadının başını parçalayıb. Yaşlı kişinin hirsi bununla soyumayıb. O, qadının bədənini parçalayıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb