9 min iranlı ölkəsinə qayıda bilər

19:42 | 09.03.2016
9 min iranlı ölkəsinə qayıda bilər

9 min iranlı ölkəsinə qayıda bilər

Avstraliya 9 min iranlı miqrantı ölkəsinə qaytara biləcəyinə ümid edir. Avstraliya mediası martın 9-da yazıb ki, bu barədə Tehranla yeni saziş imzalanacağı gözlənir.

Avstraliya Xarici işlər naziri Julie Bishop iranlı həmkarı Javad Zarif-lə bir razılaşma üzərində işləyir. Tehran iranlı sığınacaq istəyənləri uzun müddətdir qəbul etmirdi, indi buna son qoyula bilər.

Zarif martın 15-də Kanberaya səfər edəcək. Səfər çərçivəsində repatriasiya razılaşması imzalanacaq. Avstraliya İrandan təminat alacaq ki, həmin iranlılar ölkələrində təzyiqə məruz qalmayacaq, cəzalandırılmayacaqlar.

9 min iranlıdan 400-ü Avstraliyanın Sakit Okean adalarında maliyyələşdirdiyi immiqrasiya mərkəzlərində yaşayır.

Avstraliya 9 min iranlının qaçqından çox, daha yaxşı iş axtaran iqtisadi miqrantlar olduğunu bildirir. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb