Vaşinqtonda ABŞ prezidentinin iqamətgahından insanlar təxliyyə olunur.APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Barak Obama hazırda şəhərkənarı Kemp Devid iqamətgahındadır. Hadisə barədə rəsmi məlumat yoxdur. İlkin ehtimala görə, naməlum şəxs hasardan aşaraq Ağ Evin ərazisinə keçib. Xatırladaq ki, 2014-cü ilin iyulunda Ağ Evin hasarının yaxınlığında tapılan şübhəli paketə görə ərazi mühasirəyə alınmışdı.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !