Abramoviç Britaniya vizası üçün buna məcbur edilir

12:00 | 22.05.2018
Abramoviç Britaniya vizası üçün buna məcbur edilir

Abramoviç Britaniya vizası üçün buna məcbur edilir

Londonun "Çelsi” klubunun sahibi rusiyalı milyarder Roman Abramoviç Britaniyaya yeni viza əldə etmək üçün sərvətinin mənbəyini hökumətə açıqlamalı olacaq.

Axar.az xəbər verir ki, bu barədə "Deyli Teleqraf” yazıb.

Məlumata görə, Abramoviçə verilən "Tier 1” sahibkar vizasının 40 ay müddəti var və rusiyalı milyarder aprel ayında Britaniyadan kənarda olduğu zaman ona verilən vizanın müddəti başa çatıb. Nəticədə Abramoviç cari vizanın müddətini uzatmaq əvəzinə 2015-ci ildən tətbiq olunan yeni və daha sərt qaydalarla viza müraciəti etməyə məcbur olub.

Britaniyada tətbiq olunan yeni qaydalara əsasən, hökumət "Tier 1” vizası almaq şərtlərini dəyişib. Belə ki, viza müraciəti zamanı sahibkarın gəlirlərinin və sərvətinin mənbəyi ilə bağlı hər hansı bir sual yaranarsa, hökumət ona viza verməmək səlahiyyətlərinə malikdir.

Xatırladaq ki, rusiyalı iş adamı və "Çelsi” futbol klubunun sahibi Roman Abramoviçin Böyük Britaniya vizasının müddəti uzadılmayıb. Bu, Abramoviçi komandasının "Mançester Yunayted”lə İngiltərə kubokunun final matçını izləməkdən məhrum edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti