ABŞ: Avropada yaxın gələcəkdə yeni terror aktlarının törədiləcəyi gözlənilir

09:55 | 23.03.2016
ABŞ: Avropada yaxın gələcəkdə yeni terror aktlarının törədiləcəyi gözlənilir

ABŞ: Avropada yaxın gələcəkdə yeni terror aktlarının törədiləcəyi gözlənilir

ABŞ Dövlət Departamenti terrorçuların Avropada yaxın gələcəkdə yeni terror aktları planlaşdırması ilə bağlı vətəndaşlarına xəbərdarlıq edib.
 
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.
 
"Terrorçu qruplaşmalar qısamüddətli perspektivdə bütün Avropa məkanında terror aktları törətməyi planlaşdırırlar, onların hədəfi idman tədbirləri, turizm obyektləri, restoranlar və nəqliyyatdır”, - deyə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.
 
ABŞ vətəndaşlarına insanların kütləvi toplaşdığı məkanlarda və ictimai nəqliyyatda ehtiyatlı olmaq tövsiyə edilir: "Dini bayramlar və hər-hansı böyük festival və tədbirlər zamanı çox ehtiyatlı olun, çalışın insanların kütləvi toplaşdığı yerlərdən aralı olun”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb