ABŞ böhranın həlli üçün Rusiyaya vacib şərt irəli sürdü - Çağırış

13:45 | 11.03.2014
ABŞ böhranın həlli üçün Rusiyaya vacib şərt irəli sürdü - Çağırış

ABŞ böhranın həlli üçün Rusiyaya vacib şərt irəli sürdü - Çağırış

Ukraynadakı böhranın diplomatik yolla həll olunması məsələsi dalana dirəndikcə,  BMT-nin Təhlükəsizlik Şurasını 10 gündə 5 dəfə iclas keçirməyə məcbur olub. 

ANN.Az-ın "euronews.com"a istinadən xəbərinə görə, Avropa Birliyi bank hesablarının donsurulması da daxil olmaqla, Rusiyaya qarşı sanksiyalara hazırlaşır, BMT isə Moskvaya Krımdakı vəziyyətin yumşaldılması üçün müraciətlər etməyə davam edir. 

BMT-də Fransa səfiri ola Gerard Araud ruslara tələb irəli sürüb:

"Əgər Krım Rusiyaya birləşdirilsə, vəziyyət çox gərgin olacaq. Bu, beynəlxalq münasibətlərə çox ciddi şəkildə öz təsirini göstərəcək. Bunlarda bəziləri Avropa Konsulluğu tərəfindən səsləndirilib. Beləliklə, ruslar anlamalıdırlar ki, biz danışıqlar aparmaq və siyasi dayanıqlıq istəyirik. Xahiş edirik, böhranı daha da gərginləşdirməyin". 

rusiya isə öz növbəsində ABŞ-ı böhranın həlli üçün yeni danışıqlar aparmağı rədd etməkdə günahlandırıb. Bu, Qərb və Şərq arasında Soyuq Müharibədən sonrakı ən ağır siyasi böhran sayılır. 

Rəsmi Vaşinqton bildirib ki, bu həftə ABŞ və Rusiya xarici işlər nazirləri arasında danışıqlar bir şərtlə baş tuta bilər, Rusiyada ilk növbədə Krımdan öz hərbi qüvvələrini geri oturtmalıdır. 

Qərb müttəfiqləri Ukraynanın yeni liderlərini dəstəkləyirlər. Dünya Bankı isə iqtisadi problemləri həll etmək üçün bu ölkəyə 3 milyard dollar pul ayırıb. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb