ABŞ-da atışma - 3 nəfər yaralandı

10:02 | 02.01.2018
ABŞ-da atışma - 3 nəfər yaralandı

ABŞ-da atışma - 3 nəfər yaralandı

ABŞ-ın Tennesi ştatının Nyubern şəhərində silahlı insident baş verib.

Trend-in məlumatına görə, hadisə Yeni İl gecəsi yerli vaxtla saat 03.00 radələrində gecə klubunda qeydə alınıb.

Atışma nəticəsində bir mülki şəxs və iki polis zabiti yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.

Yerli şerifin ofisinin yaydığı məlumata görə, yaralanmış polislərin vəziyyəti stabil olaraq qiymətləndirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM