ABŞ-da məhbuslar qiyam qaldırıb

16:51 | 22.08.2016
ABŞ-da məhbuslar qiyam qaldırıb

ABŞ-da məhbuslar qiyam qaldırıb

ABŞ-da məhbusların qiyam qaldırması nəticəsində 6 mühafizəçi xəsarət alıb.
 
APA-nın xəbərinə görə, bu barədə "Chicago Tribune” qəzeti məlumat yayıb.
 
Hadisə bu gecə İllinoys ştatındakı "Pontiak” islah mərkəzində baş verib. 5 məhbus müəssisə əməkdaşlarına hücum edib. Mühafizəçilərin nə dərəcədə ciddi xəsarət almaları barədə məlumat verilmir. Eyni zamanda, münaqişənin hansı səbəbdən baş verməsi barədə də dəqiq məlumat yoxdur.
 
Qeyd edək ki, sərt rejimli cəzaçəkmə müəssisəsində yalnız kişi məhbuslar saxlanılır.
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb