ABŞ-dan İrəvandakı etirazlarla bağlı xəbərdarlıq

11:31 | 19.04.2018
ABŞ-dan İrəvandakı etirazlarla bağlı xəbərdarlıq

ABŞ-dan İrəvandakı etirazlarla bağlı xəbərdarlıq

ABŞ-ın Ermənistandakı səfirliyi öz vətəndaşlarını İrəvanda kütləvi etiraz aksiyalarının keçirildiyi yerlərə getməkdən çəkinməyə çağırıb.
 
AzVision.az xəbər verir ki, bu barədə məlumat səfirliyin rəsmi saytında yerləşdirilib.

"ABŞ səfirliyi Respublikada davam edən etiraz aksiyalarından xəbərdardır. Nümayişlərin gözlənilməz nəticələri ilə bağlı zorakılıq ocaqları yarana bilər. Sizin təhlükəsizliyiniz üçün etiraz aksiyaları keçirilən yerlədən kənar olmağı və hadisələrlə bağlı məlumatı KİV-dən izləməyi məsləhət görürük”, - deyə səfirliyin məlumatında bildirilib.

Qeyd edək ki, Ermənistanda artıq bir neçə gündür Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları keçirilir. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb