ABŞ-dan Ukraynaya milyard dollarlıq zəmanət

23:28 | 19.09.2014
ABŞ-dan Ukraynaya milyard dollarlıq zəmanət

ABŞ-dan Ukraynaya milyard dollarlıq zəmanət

ABŞ Ukraynaya bir milyard dollarlıq maliyyə zəmanəti verəcək. 

ANN.Az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Petro Poroşenko öz facebook səhifəsində yazıb. 

Həmçinin Poroşenko ABŞ-ın təhlükəsizliyin təmin olunmasında onlara hərtərəfli dəstək verəcəklərini bildirib. “ABŞ prezidenti bildirib ki, bizim nəinki şəxsi dostluğumuz, xalqlarımız arasında qarşılıqlı dostluq vardır. Amerika xalqı hər zaman ukraynalıların yanındadır.” 

Amerika Birləşmiş Ştatları Poroşenkonun səfəri zamanı 53 milyon dollarlıq maliyyə yardımının ayrılması ilə bağlı razılıq əldə olunub. Həmin məbləğin 46 milyon dolları ölkənin silahlı qüvvələri və təhlükəsizliyinə sərf olunacaq. Qalan yeddi milyonlarla Donbas münaqişəsinin qurbanlarına yardım humanitar yardım ediləcək. 

 ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM