ABŞ İrana qarşı yeni sanksiyaların tətbiqini nəzərdən keçirir

21:48 | 05.01.2016
ABŞ İrana qarşı yeni sanksiyaların tətbiqini nəzərdən keçirir

ABŞ İrana qarşı yeni sanksiyaların tətbiqini nəzərdən keçirir

Con Kerri iranlı həmkarı Məhəmməd Cavad Zəriflə hər telefon danışığı zamanı bu problemi gündəliyə gətirir

"Ballistik raketləri sınaqdan keçirdiyi üçün İrana qarşı bəzi sanksiyaları nəzərdən keçiririk".

"Report" xairici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kibri gündəlik mətbuat konfransında bildirib.

"Sanksiyaların tətbiq edilməsindən öncə həll olunası bəzi detallar var. Dövlət katibi Con Kerri iranlı həmkarı Məhəmməd Cavad Zəriflə hər telefon danışığı zamanı bu problemi gündəliyə gətirir", - deyən Con Kibri məsələ ilə bağlı detalları danışmaqdan yayınıb.

Qeyd edək ki, ABŞ KİV-i Maliyyə Nazirliyinin ballistik raketləri sınaqdan keçirdiyi üçün İrana qarşı sanksiyaların tətbiq edəcəyi haqda məlumat yayıb. Xatırladaq ki, İranın müdafiə naziri Hüseyn Dehqan raket istehsalını artırmaq niyyətində olduqlarını bildirmişdi. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb