ABŞ koronavirusla bağlı 50 ölkəyə dəstək verəcək

17:34 | 16.04.2024
ABŞ koronavirusla bağlı 50 ölkəyə dəstək verəcək

ABŞ koronavirusla bağlı 50 ölkəyə dəstək verəcək

Amerika 50 ölkəyə COVİD-19 virusunun yayılması ilə bağlı dəstək olacaq. Bu barədə Co Bayden administrasiyası məlumat yayıb. 
 
"Hökumət rəsmiləri həmin ölkələrdə sınaq, nəzarət, rabitə və oxşar hadisələrə hazırlığı yaxşılaşdırmaq üçün həmin ölkələrlə işləyəcəklər. ABŞ proqramı ölkələrə yoluxucu xəstəliklərə reaksiyalarını yaxşılaşdırmaqda kömək etmək üçün ABŞ Dövlət Departamenti, Xəstəliklərə Nəzarət və Qarşısının Alınması, Sağlamlıq və İnsan Xidmətləri Mərkəzləri və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) daxil olmaqla bir çox dövlət qurumlarından istifadə edəcək.", - məlumatda deyilir. 
 
Dəstək olunacaq ölkələrin adı hələlik açıqlanmayıb. 
 
Ümumdünya Səhiyyə Təşkilatı mayın 5-də COVİD-19 pandemiyasının bitdiyini elan edib.


COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejimi 2020-ci ilin martından etibarən tətbiq edilir.


Həmin ilin aprelindən isə ölkədə bir sıra qapanmalarla yanaşı, Azərbaycanın quru sərhədləri də bağlanıb. Hazırda pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırılsa da, sərhədlər 3 ildir ki, bağlıdır.
 
27 fevral 2020-ci il tarixində koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabineti yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradılıb.
 
Gülnar 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb