ABŞ kosmos sahəsində də Rusiyadan üz döndərir

18:40 | 19.09.2014
ABŞ kosmos sahəsində də Rusiyadan üz döndərir

ABŞ kosmos sahəsində də Rusiyadan üz döndərir

NASA təxminən 3 il sonra Rusiya ilə birlikdə Kosmosa astronavt göndərməkdən imtina edəcək. 

ABŞ-ın yeni kosmik raketlərini Boeing və SpaceX şirkətləri hazırlayacaq.Hər iki şirkət bu sahədə uzun müddətdir ki, işlər aparır və artıq yekun mərhələdədir. Vaşinqton işin yekunlaşmasına 6.8 milyard dollar pul ayırıb. 

ABŞ-ın kosmik agentliyinin rəhbəri Çarlz Bolden layihənin reallaşdırılmasından sonra kosmosa raket göndərməkdə Rusiya ilə əməkdaşlıqdan vaz keçməyin mümkün olduğunu bildirib. 

 ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM