Rəsmi Vaşinqton Amerika silahlı qüvvələrinin Yaxın Şərq ərazisindən çıxarılmasına başlayıb.
Bu barədə Amerika Prezidenti Administrasiyasındakı mənbələrə istinadən "Wall Street Journal” nəşri bildirib.
Bu halda Səudiyyə Ərəbistanından raket əleyhinə THAAD sistemi çıxarılır, reaktiv qırıcıların eskadrilyalarının sayı azaldılır.
Güman edilir ki, daha əvvəl bu sistemlərdə xidmət edən yüzlərlə hərbçi Birləşmiş Ştatlara qayıdacaq.
Mənbələrdən biri qeyd edib ki, regionda hərbi mövcudluğa yenidən baxılması ABŞ prezidenti Cozef Bayden administrasiyasının qüvvələri Rusiya və Koreya Xalq Demokratik Respublikasından olan çağırışlara cəmləmək istəyi ilə şərtlənir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !