ABŞ Rusiyanı cəzalandıracaq

12:56 | 17.06.2014
ABŞ Rusiyanı cəzalandıracaq

ABŞ Rusiyanı cəzalandıracaq

ABŞ Rusiyaya qarşı iqtisadiyyatın əsas sektorlarına yönəlmiş sanksiyalara əl atmaq niyyətindədir. ANS PRESS-in məlumatına görə, bu barədə Vaşinqtonda ABŞ Dövlət Departamenti sədrinin Avropa və Asiya məsələləri üzrə müavini Viktoriya Nuland deyib.Viktoriya Nuland bildirib ki, ABŞ və Aİ-nin yeni sanksiya dalğası Rusiyanın yanacaq və energetika kompleksi, hərbi-sənaye kompleksi və bank sektoruna qarşı yönəldiləcək. “Biz sanksiyaların növbəti raundunun necə olacağını, eləcə də hansı insanlara qarşı yönələcəyi barədə razılığa gəlmişik” - deyə məmur bildirib.Vaşinqtonda Rusiya səfiri Sergey Kislyak ABŞ-nin sanksiyalarının ölkəsi ilə gələcək əlaqələrə ciddi şəkildə təsir edəcəyi barədə xəbərdarlıq edib. Konqresdə keçirilən konfransda, "ABŞ-ni tənqid etmək çətindir, amma mən bunu etməliyəm” deyən diplomant, uzunmüddətli əməkdaşlıqda etibarlı tərəfdaş kimi ABŞ-nin nüfuzuna xələl dəyəcəyini qeyd edib. Qeyd edək ki, bir çox Amerika və Avropa şirkətləri xəbərdarlıq edib ki, sanksiyalar ABŞ-nin öz iqtisadiyyatına zərərsiz ötüşməyəcək. Buna cavab olaraq ölkənin Maliyyə Nazirliyi baş verəcək mənfi təsirə qarşı yollar axtarıldığını bildirib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb