ABŞ Rusiyaya yenə xəbərdarlıq etdi - Ritorika sərtləşir

14:32 | 23.04.2014
ABŞ Rusiyaya yenə xəbərdarlıq etdi - Ritorika sərtləşir

ABŞ Rusiyaya yenə xəbərdarlıq etdi - Ritorika sərtləşir

ABŞ-ın Dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. 

ANN.Az-ın xarici mətbuata istinadən xəbərinə görə, Vaşinqton Moskvadan yeni Kiyev hökumətinin əleyhdarlarının silahı yerə qoyub Ukraynanın şərqindəki dövlət binalarını tərk etməsi üçün onlara təsir göstərməyi istəyib. 

Dövlət departamentinin rəhbəri Rusiyanın konfliktdə tutduğu mövqeyə görə "dərin narahatçılıq" keçirdiklərini bəyan edib. "Reuters"in xəbərinə görə, amerikalı dövlət rəsmisi bildirib ki, seperatçıların tutduğu binaların sayı artmaqdadır və onlar jurnalistləri və digər vətəndaşları əsir götürürlər. 

Con Kerri həmçinin Rusiyadan ritorikanı yumşaltmağa və Ukraynanın şərqindəki situasiyanı Ukrayna hökuməti və ATƏT-lə birgə diplomatik yolla həll etməyə çağırıb. Bununlar belə, Kerri Rusiyaya xəbərdarlıq edib ki, keçən həftə imzalanan Cenevrə razılaşması yönündə irəliləyiş olmasa, Rusiyaya qarşı sanskiyalar daha da sərtləşdiriləcək. 

Rusiya XİN-i isə açıqlamasında telefon danışığının ABŞ-ın təşəbbüsü ilə baş tutduğunu bildirib. 

"Lavrov xüsusilə vurğulayıb ki, hazırki Kiyev hökumətinin 17 apreldə Cenevrədə razılaşdırılmış qərarları - əhaliyə qarşı ordudan istifadədən imtina etməməyi, "Radikal sağçı" döyüşçülərin və ultrafaşist qruplaşmaların silahı yerə qoymasını, cənub-şərqi regionlarda həbs edilmiş etirazçı hərəkat fəallarını azad etməsi və elan vəd verilmiş konstitusion islahatları sözdə yox, əməldə həyata keçirməsi vacibdir", - qurumdan verilən məlumatda bildirilir. 

Kerri isə öz növbəsində bildirib ki, Kiyev hökuməti problemləri yoluna qoymaq üçün vacib qərarlar verib. 

ANNET.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM