ABŞ səfiri Azərbaycanı tərk edir

11:11 | 15.03.2018
ABŞ səfiri Azərbaycanı tərk edir

ABŞ səfiri Azərbaycanı tərk edir

ABŞ-ın Bakıdakı səfiri Robert Sekuta Azərbaycanda diplomatik missiyasını başa vurur.

Anews.az-ın xəbərinə görə, səfir bu barədə "İnterfax Azərbaycan” saytına danışıb.

"Bəli, mən, həqiqətən, Azərbaycanda diplomatik missiyamı başa vururam”, -  R.Sekuta deyib.

Sekuta bildirib ki, martın sonunda Azərbaycanı tərk edəcək.

O həmçinin əlavə edib ki, ABŞ-ın Azərbaycandakı yeni səfirinin kimi olacağını bilmir.

Xatırladaq ki, R.Sekuta 2014-cü ilin dekabr ayında ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsində çalışır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb