ABŞ səfiri Şəhidlər Xiyabanını ziyarət etdi - Fotolar

17:12 | 25.02.2015
ABŞ səfiri Şəhidlər Xiyabanını ziyarət etdi - Fotolar

ABŞ səfiri Şəhidlər Xiyabanını ziyarət etdi - Fotolar

 ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta öz hörmətini ifadə etmək və Azərbaycanın qəhrəmanları haqqında öyrənmək üçün Şəhidlər Xiyabanını ziyarət edib.

"Report”un xəbərinə görə, bu barədə məlumatı ABŞ-ın Azərbaycandakı səfirliyi yayıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 19-da ABŞ-ın ölkədə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanın etimadnaməsini qəbul edib.

Ötən ilin sentyabrında Senat R.Sekutanın Azəbaycana səfir qismində göndərilməsinə dair namizədliyini təsdiq edib. O bu vəzifəni icra edən və səlahiyyətləri 2014-cü ilin yayında bitən Riçard Morninqstarı əvəz edir.

ANN.Az
 





0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb