ABŞ Senatoru Putin və Lavrovu təhqir etdi

22:22 | 22.05.2017
ABŞ Senatoru Putin və Lavrovu təhqir etdi

ABŞ Senatoru Putin və Lavrovu təhqir etdi

ABŞ senatoru Con Makkeyn Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov haqqında təhqiramiz ifadələr işlədib. Senator Lavrovu  "quldur və qatilin marionetkası" adlandırıb. Bu barədə Fox News Sunday məlumat yayıb.

Makkeyn həmçinin mayın 10-da Vaşinqtonda keşirilmiş Lavrovla ABŞ Prezidentinin görüşünü də şərh edib. Onun fikrincə, Oval kabinet Putinin "təbliğatçısı və quyruğu”nun yeri deyil.

Bundan əvvəl Makkeyn Rusiyanı ABŞ-da prezident seçkilərinin gedişinə müdaxilədə  və Suriyada dinc əhalini bombalamaqda ittiham edib.
Senator həmçinin Rusiyaya qarşı yeni sanksiyaların tətbiqində israrlıdır. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb