ABŞ uzun fasilədən sonra Rusiyadan neft idxal edib

09:55 | 11.01.2024
ABŞ uzun fasilədən sonra Rusiyadan neft idxal edib

ABŞ uzun fasilədən sonra Rusiyadan neft idxal edib

Bir il yarımlıq fasiədən sonra ABŞ Rusiyadan neft idxal edib. Bu barədə Ria Novosti məlumat verib.
 
Bildirilib ki, uzun fasilədən sonra Amerika oktyabr və noyabrda neft idxalı porsesini həyata keçirib. 
 
"2023-cü ilin oktyabrında ABŞ Rusiyadan 36,8 min barel neft alıb. İdxal dəyəri 2,7 milyon dollar olub. Noyabrda 750 min dollara 9,9 min barel neftin alışı olub, hər iki halda karbohidrogenlər istehlak üçün alınıb. Rusiya neftinin bir barreli oktyabrda 74 dollara, növbəti ayda isə 76 dollara başa gəlib. Bu, ölkənin bir barel üçün 60 dollar olan "qiymət tavanı”ndan xeyli yüksəkdir", - məlumatda deyilir. 


Yanvarın 9-da BofA Global Research- in qlobal əmtəə və törəmə alətlər departamentinin rəhbəri Fransisko Blanş bildirib ki, Bank of America analitikləri Şimali dəniz benchmark Brent markalı neftin qiyməti ilə bağlı proqnozlarını bir barel üçün 90 dollardan 80 dollara endiriblər.


Yanacaq-energetika kompleksi analitik mərkəzinin neft-qaz sənayesi üzrə analitika şöbəsinin baş eksperti Andrey Ryabov da proqnozlaşdırıb ki, dünyada maye qaz hasilatı 2024-cü ilə qədər 3% artaraq 420 milyon tona çata bilər. Eyni zamanda, Arctic LNG 2 layihəsinin işə salınması sayəsində Rusiyanın dünya bazarındakı payı 9%-i keçəcək. Ekspertin fikrincə, bu, maye qaz ixracını 15%, yəni 5 milyon ton artıracaq.


Gülnar 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM